Ağ Ev: Livan razılaşması “HƏMAS”a təzyiq edir
sizinxeber.az xəbər saytı

Ağ Ev: Livan razılaşması “HƏMAS”a təzyiq edir


“Livanda atəşkəs razılaşmasının əldə edilməsi radikal Fələstinin “HƏMAS” hərəkatına təzyiq edir və onu Qəzza zolağında atəşkəs mümkünlüyünü yenidən nəzərdən keçirməyə məcbur edir”.

“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bəyan edib.

“Düşünürəm ki, “HƏMAS” təzyiqi hiss edir. Çünki onların əsas ortaqlarından biri olan “Hizbullah” atəşkəslə bağlı danışıqlar aparıb. Düşünürdülər ki, “Hizbullah” sona qədər onlarla olacaq. Onlar, əlbəttə ki, təzyiq hiss edirlər, çünki onların əsas lideri Yəhya Sinvar öldürülüb.

Beləliklə, indi onlar girovlarla bağlı atəşkəs razılaşmasının mümkünlüyünü yenidən qiymətləndirə bilərlər. Biz buna nail olmaq üçün İsrail, Türkiyə, Qətər və Misir də daxil olmaqla, regionun bütün əsas oyunçuları ilə fəal şəkildə əlaqə saxlayırıq. Buna mümkün qədər tez nail olmaq üçün yaxın günlərdə və hətta bu gün məsləhətləşmələr olacaq”, - deyə o qeyd edib.

2025-ci il yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl İsrail və HƏMAS arasında razılıq əldə etməyin mümkün olub-olmaması ilə bağlı suala Sallivan belə cavab verib: “Düşünürəm ki, indi atəşkəs qərarının asılı olduğu əsas oyunçu “HƏMAS”dır”.

Oxşar xəbərlər

Blinken: ABŞ, İsrail, Qətər və Misir HƏMAS-ın təklifi fonunda məsləhətləşmələr aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS-ın yeni lideri Sinvardan yeni atəşkəs təklifi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Netanyahuya HƏMAS ilə təcili razılaşmanın vacibliyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS-ın yeni lideri İsraillə atəşkəsə dair razılığa gəlmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər