Konqo Demokratik Respublikasında 26 milyon insan aclıq həddindədir
Hazırda Konqo Demokratik Respublikasında (KDR) təxminən 26 milyon insan aclıq həddində yaşayır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Konqonun Okapi radiostansiyası BMT-nin ixtisaslaşmış qurumlarından olan və İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Təsnifatını (IPC) aparan ekspert qrupunun hesablamalarına istinadən məlumat verib.
Radio stansiyası qeyd edib ki, 26 milyondan təxminən 3 milyonu kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. Mütəxəssislər KDR-in bəzi bölgələrində ərzaq təhlükəsizliyinin olmamasının səbəbləri kimi üsyançıların fəaliyyətini və hərbi əməliyyatlardan irəli gələn zorakılığı, ərzaq qiymətlərinin artmasını, qaçqın və məcburi köçkünlərin ərzaqla təmin edilməsində çətinlikləri göstərirlər.
IPC təsnifatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və BMT-nin Uşaq Fondu (UNICEF) mütəxəssisləri tərəfindən hazırlanıb. Bu, inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyi vəziyyətinin göstəricisi kimi çoxsaylı beynəlxalq təşkilatlar və xidmətlər tərəfindən tanınır. Təsnifat minimal ərzaq çatışmazlığından fəlakətli aclığa qədər beş səviyyədən ibarətdir.
Oxşar xəbərlər
FAO: 2023-cü ildə dünyada 2,33 milyard insan qida çatışmazlığından əziyyət çəkib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BƏƏ Sudanda aclıqdan əziyyət çəkən insanlara kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT: Nigeriyada aclıq çəkənlərin sayı 2025-ci ildə 33 milyon nəfərə çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO: Dünyada 137 milyon insan aclıq içində yaşayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO nümayəndəsi: Qlobal aqro-ərzaq sistemlərinə hər il təxminən 1 trilyon dollar investisiya lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












