ABŞ-də qanunvericilər Kiyevə əlavə yardımı mübahisə edəcəklər
sizinxeber.az xəbər saytı

ABŞ-də qanunvericilər Kiyevə əlavə yardımı mübahisə edəcəklər


Amerikalı qanunvericilər Ukraynaya göndəriləcək yardım üçün vəsaitin ayrılması məsələsi də daxil olmaqla, gərgin müzakirələrlə məşğul olacaqlar.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol bildirib.

O əlavə edib ki, müzakirələr cari ilin dekabr ayında və ya 2025-ci ilin mart ayının 1-də baş verə bilər:

“Ukraynaya əlavə maliyyə yardımının ayrılması ilə bağlı mübahisələr olacaq. Biz bu döyüşü uduzmağı gözə ala bilmərik”.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı Ukrayna münaqişəsinə son qoymaq niyyətində olduğunu bəyan edib. Ukrayna lideri Volodimir Zelenski əvvəllər dəfələrlə etiraf edib ki, Tramp Ağ Evə qayıdarsa, Amerikanın Ukraynaya dəstəyini dayandırmaq riski var.

Oxşar xəbərlər

Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib
Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib
ABŞ Ukraynaya əlavə hərbi yardım ayıra bilər
ABŞ-dan İsrail, Ukrayna və Tayvana fantastik yardım...
Finlandiya MN Ukraynaya əlavə 277 milyon avro ayırmağı nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər