Bayden Ukraynaya piyadaəleyhinə minaların verilməsinə icazə verib
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya piyadaəleyhinə minaların tədarükünü təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən bildirib.
Bu qərar Rusiyanın hücumu qarşısında Kiyevin müdafiəsini gücləndirmək məqsədi daşıyır, lakin silah nəzarəti qrupları tərəfindən tənqid edilib.
Minaların tədarükü Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS raket sistemindən istifadəsinə icazə verilməsindən dərhal sonra baş verib. Ağ ev hesab edir ki, minalar cəbhədə bu silahdan aktiv istifadə edən Rusiya qüvvələrinin irəliləməsini ləngidəcək.
Administrasiya nümayəndələrinin sözlərinə görə, söhbət “daimi olmayan” minalardan gedir ki, bunlar da şarj müddəti bitdikdən sonra məhv olur və ya deaktiv olur. Ukrayna onları sıx məskunlaşmış ərazilərdə istifadə etməyəcəyinə dair təminat verib.
Qərar mübahisələrə səbəb olub, çünki 160-dan çox ölkə piyadaəleyhinə minaları qadağan edən Ottava Konvensiyasını imzalayıb. Lakin ABŞ və Rusiya bu konvensiyanın iştirakçısı deyil. Bayden əvvəllər belə minaların Koreya yarımadasından kənarda istifadəsini yasaqlayan siyasəti bərpa etsə də, Donetsk vilayətində döyüşlərin güclənməsi səbəbindən yanaşmasını dəyişib.
Bəzi ekspertlərin fikrincə, hətta “daimi olmayan” minalar mülki şəxslər üçün təhlükə yaradır və onların istifadəsi Ottava Konvensiyasını imzalamış Ukraynanın öhdəliklərinə ziddir. Lakin Kiyev, Rusiyanın hərbi təcavüzü şəraitində tədarükləri əsaslandırılmış hesab edir.
“Human Rights Watch” bu qərarı “sarsıdıcı və destruktiv” adlandırıb və ərazilərin minalardan təmizlənməsinin çətinliklərini vurğulayıb. Namizəd olarkən Bayden Tramp administrasiyasının oxşar addımlarını “məsuliyyətsiz” adlandıraraq tənqid etmişdi.
Mənbələr əlavə edir ki, Birləşmiş Ştatlar münaqişə bitdikdən sonra Ukraynada minatəmizləmə işlərini dəstəkləməyi planlaşdırır.
Oxşar xəbərlər
Bayden Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirilməsinə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirməsinə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bayden ATACMS raketləri ilə Rusiyanın dərinliklərinin vurulmasına icazə verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Paris və London da Ukraynaya Rusiyaya zərbə endirməyə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bayden ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirməyə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












