aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
İsrail ordusu: Livandan uçan PUA ələ keçirilib
sizinxeber.az xəbər saytı

İsrail ordusu: Livandan uçan PUA ələ keçirilib


İsrail ordusu Livandan uçan PUA-nı ələ keçirdiyini bildirib.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Ordunun Mətbuat xidməti açıqlama verib.

"Qərbi Qalileyada sirenlərin işə düşməsindən sonra İsrail Hava Qüvvələri, Livan tərəfdən israili hava məkanına daxil olan pilotsuz uçuş aparatını ələ keçirdi", - açıqlamada deyilir.

Həmçinin, Livan ərazisindən atılan bir neçə mərminin yuxarı Qalileya bölgəsinə düşdüyü barədə məlumat verilib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.

Oxşar xəbərlər

İsrail Livandan 90 raket atəşini qeydə alıb
İsrail Ordusu: Livandan gün ərzində 65 raket və mərmi atılıb
İsrail ordusu Livandan 140-a yaxın raket atəşini aşkar edib
İsrail Livanda "Hizbullah"ın 65-dən çox yaraqlısını zərərsizləşdirib
Livanda hava hücumları nəticəsində 63 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər