Sandu Moldovada keçirilən prezident seçkilərində liderdir - YENİLƏNİB
Moldovanın hazırkı prezidenti Maia Sandu səsvermə protokollarının 90%-dən çoxunun sayılmasından sonra 38% nəticə ilə prezident seçkilərində liderdir.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) saytında səsvermənin real vaxt rejimində yenilənən ilkin nəticələri göstərir.
Keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 28,74% səs toplayıb.
Ölkənin ən yüksək vəzifəsinə seçkilərlə paralel keçirilən referendumda səsvermənin ilkin nəticələrinə görə, vətəndaşların 53,6 faizi Moldovanın Aİ-yə daxil olmasının əleyhinə, 46,4 faizi müvafiq olaraq lehinədir.
Moldovanın hazırkı prezidenti Maia Sandu protokolların yarısına baxıldıqdan sonra 35% nəticə ilə prezident seçkilərində liderdir.
"Report" xəbər verir ki, ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb.
Onu 29% səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda Moldova vətəndaşlarının 55%-i ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 44%-i isə təşəbbüsü dəstəkləyib.
Oxşar xəbərlər
Moldovada prezident seçkilərində Sandu öndədir, vətəndaşların yarıdan çoxu Aİ-yə üzvlüyün əleyhinədir
Sandu Moldova prezident seçkilərində liderdir
Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək
Moldovada prezident seçkiləri və referendum baş tutub - RƏSMİ, YENİLƏNİB
Moldovada prezident seçkiləri və referendum baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













