Cənubi Afrikada hər gün orta hesabla 75 qətl hadisəsi baş verir
Cənubi Afrika Respublikasını cənubunda yerli könüllü dəstəsinin üzvü olan 6 nəfər öldürülüb.
“Report” xəbər verir ki, bu barədə Şərqi Keyp əyalətinin polis sözçüsü Majola Nkohli məlumat verib.
Belə ki, oktyabrın 7-nə keçən gecə tüfəng və tapança ilə silahlanmış səkkiz nəfərdən ibarət qrup Qodini kəndindəki orta məktəb binasının içərisində olan patrul dəstəsinə hücum edib.
Hücumda altı könüllü öldürülüb, daha dörd nəfər yaralanıb. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxslərin kimliyini müəyyən edib.
İlkin məlumata görə, hücum edənlər mal-qara oğurluğu ilə məşğul olan dəstənin üzvləri ola bilərlər.
“Yerli Demokratik Alyans” partiyasının məlumatına görə, 2024-cü ildə ölkədə hər gün orta hesabla 75 qətl hadisəsi baş verir.
Oxşar xəbərlər
Şəmkirdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cari ildə ABŞ-də polis 739 nəfəri öldürüb
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
ABŞ-da yeniyetmə dörd nəfəri güllələyərək öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
