Əfqanıstanın yüzlərlə əsgərinə Britaniyada yaşamaq hüququ veriləcək
sizinxeber.az xəbər saytı

Əfqanıstanın yüzlərlə əsgərinə Britaniyada yaşamaq hüququ veriləcək


İngilislərlə birlikdə döyüşən 500-ə yaxın elit əfqan əsgərinin Böyük Britaniyaya gəlişinə icazə veriləcək.

"Sizinxeber.az"un "The Guardian"a istinadən verdiyi xəbərə görə, onlara əvvəllər rədd cavabı verilib.

Söhbət "riskli qrup" adlandırılan veteranlardan gedir - onlar maaş alıblar və Əfqanıstanda Britaniya hökuməti tərəfindən işə götürülüblər. Lakin Britaniya hakimiyyəti bunu təkzib edib.

Bu hərbçilərin bəziləri 2021-ci ilin yayında Qərb qoşunlarının çıxarılmasından sonra Əfqanıstana nəzarəti ələ keçirən “Taliban”dan gizləniblər, daha bir neçə yüz nəfər Pakistana qaçıb, amma orada deportasiya ilə üzləşib. Artıq altı nəfərin britaniyalılarla əməkdaşlığa görə zərərsizləşdirildiyi barədə də məlumatlar var.

Qeyd edilir ki, onlara Böyük Britaniyanın Əfqanıstandakı hərbi mövcudluğunun on ildən çox müddətində SAS (Xüsusi Hava Xidməti) daxil olmaqla, Britaniya qüvvələri ilə birgə döyüşmüş, sıx əməkdaşlıq edən “Üçlük” kimi tanınan 333 və 444-cü elit əfqan bölmələrinin üzvləri daxildir.

Oxşar xəbərlər

“Taliban” BMT-nin xüsusi məruzəçisinin Əfqanıstana girişini qadağan edib
KİV: Almaniya 2021-ci ildən bəri ilk dəfə əfqan miqrantları deportasiya edib
KİV: London və Vaşinqton Ukraynanın ABŞ naviqasiyası ilə Britaniya raketlərindən istifadəsini müzakirə edir
Britaniya qanunsuz miqrantların sayına görə Avropada birinci yerdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər