İraqda Yaxın Şərqdəki müharibə səbəbindən qlobal enerji böhranı proqnozlaşdırılır
Yaxın Şərqdəki münaqişənin daha da gərginləşməsi və tammiqyaslı müharibəyə çevrilməsi enerji sahəsində qlobal böhrana səbəb olacaq.
“Report” “Shafaq News”a istinadən xəbər verir ki, İraq xarici işlər naziri Fuad Hüseyn Bağdadda iranlı həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında belə bəyanatla çıxış edib.
“Regionda geniş miqyaslı müharibənin başlanması enerji ixracına və dünya gəmiçiliyinə son dərəcə mənfi təsir göstərəcək və bununla da qlobal enerji böhranına səbəb olacaq”, – Hüseyn qeyd edib.
Nazir vurğulayıb ki, iqtidar öz ölkəsinin ərazisindən qonşu dövlətlərə, o cümlədən İrana zərbələr endirmək üçün istifadə edilməsini yolverilməz hesab edir və İraqı potensial regional münaqişədə hər hansı iştirakdan qorumaq üçün bütün səylərini göstərir.
Onun fikrincə, İsrailin İran ərazisinə zərbə endirməyə hazırlaşması “təhlükəli addımdır”. Hüseyn Qəzza zolağı və Livanda hərbi əməliyyatların davam etməsinin bütün regionun sabitliyinə təhlükə yaratdığına diqqət çəkib və onların dərhal dayandırılmasına çağırıb.
Oxşar xəbərlər
İraqlı nazir: Yaxın Şərqdə müharibə qlobal enerji böhranına səbəb olacaq
Nazir: Yaxın Şərqdəki müharibə Türkiyənin enerji sektoru üçün təhdidlər yaradıb
Hakan Fidandan xəbərdarlıq: İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
