Almaniya Ukraynaya hərbi yardımın həcmini 400 milyon avro artıracaq
sizinxeber.az xəbər saytı

Almaniya Ukraynaya hərbi yardımın həcmini 400 milyon avro artıracaq


Almaniya hökuməti Ukraynaya əlavə 400 milyon avro hərbi yardım ayırmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bunu RND nəşrinə müsahibəsində Almaniya Ordusnun Baş Qərarhah rəisi, general-mayor Kristian Froydinq deyib.

O bildirib ki, artıq Bundestaq layihəni təsdiqləyib.

K.Froydinqin sözlərinə görə, bununla da Ukraynada 2024-cü il ərzində ümumi həcmi 1,4 milyard dollar təşkil edən 50 layihənin maliyyələşdirilməsinə dəstək təmin olunacaq.

Almaniya ordusunun rəsmisi Ukrayna ordusunun silah-sursatla təchizatında əhəmiyyətli irəliləyişin əldə olunduğunu da açıqlayıb.

Oxşar xəbərlər

Almaniya XİN başçısı: Ukrayna qışda 100 milyon avro əlavə yardım alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya bu il Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah tədarük edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya bu qış Ukraynaya əlavə 100 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrlandiya Ukraynaya 128 milyon avro hərbi yardım edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər