sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bir həftə ərzində 350 ABŞ vətəndaşı Livanı tərk edib
Son bir həftə ərzində 350-yə yaxın ABŞ vətəndaşı və orada yaşamaq icazəsi olan şəxslər Vaşinqtonun təşkil etdiyi aviareyslərlə Livanı tərk edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Bu təyyarələrdən sonuncusu bu gün Frankfurta eniş edib. Təyyarə 300 sərnişin üçün nəzərdə tutulsa da, göyərtədə cəmi 97 nəfər olub.
Son bir həftə ərzində 6 mindən çox amerikalı Livanı tərk etməklə bağlı məlumat almaq üçün ABŞ-nin Beyrutdakı səfirliyinə müraciət edib.
Oxşar xəbərlər
İtaliya vətəndaşlarını Livanı tərk etməyə çağırıb
Çin öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb
Türkiyə vətəndaşlarını Livanı tərk etməyə çağırıb
ABŞ vətəndaşlarına Livanı tərk etmək tövsiyə olunub
İsveç Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













