sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsveç Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb
İsveçin xarici işlər naziri Tobias Billström təhlükəsizlik riski səbəbilə ölkəsinin Beyrut səfirliyinin müvəqqəti bağlanması ilə bağlı qərar qəbul olunduğunu açıqlayıb.
APA xəbər verir ki, Billström İsveçin TV4 kanalına verdiyi açıqlamada bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbilə Beyrutdakı səfirliyi avqust ayı boyunca müvəqqəti olaraq bağlamaq qərarına gəldiklərini bildirib.
Beyrutda xidmət edən isveçli diplomatlara da Livanı tərk etməklə bağlı göstəriş verilib. Nazir səfirliyin bağlı qalacağı müddətin vəziyyətdən asılı olaraq uzadıla biləcəyini deyib.
Nazirlik həmçinin ölkə vətəndaşlarına Livanı tərk etməyi və bu ölkəyə səfər etməməyi tövsiyə edib.
Oxşar xəbərlər
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq”
Fransanın şərqində hava limanı təhlükəsizlik səbəbindən boşaldılıb
Makron İsveçə səfər edəcək
Armen Qriqoryan İsveç, Finlandiya və Litvada işgüzar görüşlər keçirəcək
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













