Fransanın baş naziri: Büdcə kəsiri ilə bağlı vəziyyət son dərəcə ağırdır
sizinxeber.az xəbər saytı

Fransanın baş naziri: Büdcə kəsiri ilə bağlı vəziyyət son dərəcə ağırdır


Fransada dövlət büdcəsinin kəsiri səbəbindən vəziyyət ağır olaraq qalır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “France Presse” agentliyi ölkənin baş naziri Mişel Barnyeyə istinadən məlumat yayıb.

“Ölkədə büdcə ilə bağlı vəziyyət çox ciddidir. Mən onun real vəziyyətini qiymətləndirmək üçün hökumətdən hərtərəfli məlumat tələb etdim. Bu vəziyyət kiçik bəyanatlar deyil, böyük addımlar və məsuliyyət tələb edir”, - o bildirib.

M.Barnye qeyd edib ki, onun məqsədi inkişaf yoluna qayıtmaq və fransızların həyat səviyyəsini yaxşılaşdırmaqdır.

Bu arada “Parisien” nəşri xəbər verib ki, baş nazir ölkədə vergilərin artırılması, o cümlədən sərvət vergisinin tətbiqi imkanlarını araşdırır.

Fransa Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə büdcə kəsiri 5,6 faiz təşkil edə bilər. Beləliklə, bu rəqəmin daha əvvəl elan olunmuş 5,1 faiz səviyyəsində saxlanılması üçün sərt qənaət tədbirləri görülməli və daha 16 milyard avro məbləğində vəsait təmin edilməlidir.

Oxşar xəbərlər

ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb
Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib
Fransa İnkişaf Agentliyi Ermənistana 75 milyon avro kredit ayıracaq
Almaniya 2025-ci il üçün təxminən 5 milyard avro büdcə kəsiri olduğunu elan edib
Almaniya 2025-ci ildə müdafiəyə 75 milyard avrodan çox vəsait ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər