Fransa istehlak edilən saxta siqaretlərin sayına görə Aİ-də liderdir
sizinxeber.az xəbər saytı

Fransa istehlak edilən saxta siqaretlərin sayına görə Aİ-də liderdir


Ötən il Fransada istehlak edilən siqaretlərin 40%-dən çoxu qara bazarda satılıb.

“Report” xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü ilin sonunda Fransa istehlak edilən saxta siqaretlərin sayına görə Avropa İttifaqında rekord mövqeyini qoruyub.

Ötən il ölkədə saxta siqaretlərin 43%-i çəkilib ki, bu da təxminən 7,3 milyard avro itkiyə səbəb olub. Qəzet qeyd edib ki, 2012-ci ildə bu rəqəm təxminən 21% olub.

Oxşar xəbərlər

Azərbaycan əhalisi ildə adambaşına 8 kiloqram balıq istehlak edir
Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək
Parisdə saxta Olimpiya medalları satan şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər