Azərbaycan əhalisi ildə adambaşına 8 kiloqram balıq istehlak edir
2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla 8 kiloqram balıq və balıq məhsulları istehlak edib.
“Sizinxeber.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən il ölkədə ümumilikdə 81,442 min ton balıq və balıq məhsulları istehlak edib.
Hesabat dövrünə Azərbaycanda 87,166 min ton balıq və balıq məhsulları ehtiyatı olub ki, bunun da, 72 %-i və ya 62,722 min tonu istehsalın, 24,2 %-i və ya 21,081 min tonu idxalın, 3,8 %-i və ya 3,363 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.
Ötən il balıq ehtiyatlarının 1,448 min tonu qeyri-qida məhsullarının istehsalı üçün istifadə edilib, 651 ton balıq məhsulu ixrac edilib, 178 tonu isə itkiyə gedib. Son nəticədə ilin sonuna 3,447 min ton balıq məhsulu ehtiyatı yaranıb.
Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.
Oxşar xəbərlər
Azərbaycanda donuz əti istehlakının həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əhalinin ayda neçə kq ət istehlak etdiyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həştərxan şirkətləri Azərbaycana balıq məhsullarının ilk tədarükünə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda pivə istehsalı üçün ayrılan dənli bitkilərin həcmi artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şabranda su anbarında qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












