Efiopiyada yaraqlıların hücumu zamanı azı 13 nəfər öldürülüb
Efiopiyanın cənubunda ekstremistlərin silahlı hücumu nəticəsində azı səkkiz polis əməkdaşı və beş mülki şəxs həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarının nümayəndəsi Serafim Dibabaya istinadən məlumat yayıb.
"Hücumlar avqustun 17-dən etibarən üç gün ərzində Konsol bölgəsinin Seqen rayonunda baş verib. Hücumlar zamanı 8 polis əməkdaşı və 5 mülki şəxs qətlə yetirilib, inzibati binalar, polis bölməsi və konfrans zalı da yandırılıb, tibbi avadanlıqlar və xidməti avtomobillər oğurlanıb",- məlumatda bildirilir. Dibabanın sözlərinə görə, təcavüzkarlar artıq ərazini tərk ediblər.
O əlavə edib ki, qrup bir sıra hücumlar, qətllər və yanğınlar törədib. "Təhlükəsizlik qüvvələri ərazini patrul edir və qalan ekstremistlərə qarşı əməliyyatlar aparır", - Dibaba deyib.
Oxşar xəbərlər
KİV: Nigeriyada yaraqlıların hücumu nəticəsində 15 dinc sakin öldürülüb
KİV: Nigerdə yaraqlıların hücumu nəticəsində 15 dinc sakin öldürülüb
Nigeriyada azı 21 etirazçı polis tərəfindən öldürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
