İsrail ordusu Cenində HƏMAS-ın iki yüksək rütbəli üzvünü öldürdüyünü bildirib
İsrailin Müdafiə Qüvvələri Baş Təhlükəsizlik Xidməti ilə birlikdə İordan çayının qərb sahilinin Cenin şəhərində Fələstinin HƏMAS hərəkatının iki yüksək rütbəli üzvünün zərərsizləşdirildiyini açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.
“Cenində HƏMAS-ın iki yüksək rütbəli terrorçusu məhv edilib”, - xəbərdə qeyd olunur. Onların İordaniya vadisində atışmanın planlaşdırılmasında iştirak etdikləri vurğulanıb.
Mətbuat xidmətinin məlumatına görə, zərərsizləşdirilmiş HƏMAS üzvlərindən biri terror aktlarında iştirakda ittiham edilib. O, partlayıcı qurğuların istehsalı ilə məşğul olub. Fələstin hərəkatının digər üzvü HƏMAS-ın hərbi infrastrukturuna cavabdeh imiş.
Oxşar xəbərlər
Qəzzada HƏMAS liderlərindən biri öldürülüb
İsrail HƏMAS-ın iki yüksək vəzifəli fəalını öldürdüyünü bildirib
İsrail ordusu HƏMAS-ın hava bölməsinin komandir müavinini öldürüb
İsrail Ordusu: Qəzzada məktəbdə HƏMAS və "İslami Cihad"ın komandirləri zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
