Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başlayıb
Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başladığını elan edib.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma ötən il Avropa İttifaqında qəbul edilmiş Rəqəmsal Xidmətlər Aktı çərçivəsində aparılır.
Bura “X”in qeyri-qanuni məzmunun silinməsi tələblərini pozub-pozmadığı, həmçinin şirkətin platformada manipulyasiya və dezinformasiya ilə mübarizədə kifayət qədər iş görüb-görmədiyi daxildir.
KİV-in məlumatına görə, araşdırma oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra aktuallıq qazanıb. Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton bildirib ki, sosial şəbəkə Yaxın Şərqdəki böhran şəraitində qeyri-qanuni məzmun və yalan məlumat yaymaq üçün istifadə olunur.
Oxşar xəbərlər
ABŞ Qarabağdan köçən ermənilər üçün 5 milyon avro ayrıldı
Aİ miqrasiya ilə bağlı islahatlar aparacaq
Azərbaycanda “TikTok”a giriş məhdudlaşdırıldı
Avropa Komissiyası: Almaz idxalına qadağa Rusiyanı ildə 4 milyard avrodan məhrum edəcək
İcma: Ermənistan azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi davam etdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













