Aİ miqrasiya ilə bağlı islahatlar aparacaq
Avropa Parlamenti və Avropa İttifaqına (Aİ) üzv ölkələr ümumi miqrasiya siyasətinin islahatına dair siyasi razılıq əldə ediblər.
"Sizinxeber.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson bildirib.
“Avropa dəyərlərimizə əsaslanaraq sığınacaq axtaranları, xarici sərhədlərimizi daha yaxşı qorumaq üçün miqrasiya və sığınacaq siyasəti üzrə hərtərəfli paket üzərində razılaşdıq”, - o bildirib.
Qeyd edilib ki, "Miqrasiya və Sığınacaq Paktı" adlanan islahatlar toplusu rəsmi təsdiq prosesindən keçməlidir. Bu, xarici sərhədlərdə nəzarəti gücləndirmək, sığınacaq müraciətlərinə baxılmasını sürətləndirmək və s. barədə bir sıra yeni qaydaları özündə ehtiva edir.
Oxşar xəbərlər
Ermənilərin sığınacağı belə məhv edildi
Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başlayıb
İcma: Ermənistan azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi davam etdirir
DMX və DTX əməliyyat keçirdi: 31 nəfər saxlanıldı
Avropa İttifaqı Qırmızı dənizdəki vəziyyəti tərəfdaşları ilə müzakirə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













