Avropa Komissiyası: Almaz idxalına qadağa Rusiyanı ildə 4 milyard avrodan məhrum edəcək
Avropa Komissiyası tərəfindən Rusiyaya 12-ci sanksiyalar paketi çərçivəsində almaz idxalına qoyulan qadağa Moskvanı 4 milyard avrodan məhrum edəcək.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə AK-nın bəyanatında deyilir.
Bu, “Böyük Yeddiliy”in (G7) almaz hasilatına dair beynəlxalq səviyyədə razılaşdırılmış qadağasının bir hissəsidir.
Sənəddə vurğulanır ki, G7-nin bütün üzvləri 2024-cü il yanvarın 1-dən gec olmayaraq Rusiyadan almazların ixracına birbaşa qadağa tətbiq edəcəklər.
2024-cü il martın 1-dən üçüncü ölkədə emal olunmuş Rusiya almazlarının ixracına qoyulan qadağa qüvvəyə minəcək, sentyabrın 1-dən isə qadağa brilyantlar, zərgərlik məmulatları və bahalı saatlar daxil edilməklə genişləndiriləcək.
Oxşar xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib
İrəvan Putinin ölkəyə girişinə qadağa qoydu - Zatulin
Rusiyada ölkədən çıxışına məhdudiyyət qoyulan vətəndaşlar xarici pasportlarını təhvil verməli olacaqlar
Finlandiya vətənə qayıtmağa razı olan qaçqınlara ödənişləri 25 dəfə artıracaq
Pensiya və maaşlar artırılır - Büdcə layihəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













