ABŞ və Danimarka müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaq
ABŞ və Danimarka bu həftənin sonunda müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaq.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Finlandiya ilə analoji sənədin imzalanması mərasimində deyib.
Blinken xatırladıb ki, ABŞ daha əvvəl İsveçlə də hərbi əməkdaşlıq haqqında sənəd imzalayıb. "Bu həftənin sonunda biz Danimarka ilə yeni müqavilə imzalayacağıq", - dövlət katibi bildirib.
Blinken qeyd edib ki, Skandinaviya ölkələri ilə müvafiq sazişlərin bağlanması ABŞ-nin transatlantik təhlükəsizliyi gücləndirmək səylərini nümayiş etdirir.
“Bizim Avropanın şimalından cənubuna, Şimal dənizindən Qara dənizə qədər uzanan ölkələrlə müqavilələrimiz var”, - baş diplomat əlavə edib.
Oxşar xəbərlər
ABŞ Danimarka ərazisində qoşun yerləşdirəcək
ABŞ Danimarka ilə öz ərazisində qoşun yerləşdirməklə bağlı razılığa gəlib
ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar
Blinken: İsveç tezliklə NATO-ya qoşulacaq
Blinken Ukraynaya yardım ayrılmayacağı halda, Rusiya, Çin və İranın sevinəcəyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Mingəçevirdə yük maşını piyadanı vuraraq öldürüb
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır