ABŞ-da vitse-prezidentliyə namizəd ukraynalı generallarla danışmaq istəməyib
ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens 2023-cü ilin payızında Konqresdə Kiyevə bloklanan yardımı onunla müzakirə etmək istəyən Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri ilə əlaqə saxlamaqdan imtina edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr, senator Vens ilə blogger və sahibkar Çarlz Conson arasındakı yazışmaları əldə edib. 2023-cü ilin oktyabrında onlar ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət edən respublikaçıların Ukraynaya yardım üçün büdcə ayırmalarına mane olmaq qərarını müzakirə ediblər.
Vens Consona Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələrinin ona zəng etdiyini deyib.
“Mən Ukraynadan gələn zənglərə belə cavab verməyəcəyəm. İki çox yüksək səviyyəli şəxs mənə zəng edib. Onların kəşfiyyat rəhbəri (Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov - Qeyd) və hava qüvvələrinin başçısı (Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Nikolay Oleşuk – Qeyd). “F-16” qırıcılarının göndərilməsi ilə bağlı danışacaqdılar”.
Oxşar xəbərlər
Vens Harrisin vitse-prezidentliyə namizədini tənqid edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
