sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Litvada hökumətin yeni tərkibi təsdiq edilib
May ayında ikinci müddətə seçilən Litva Prezidenti Gitanas Nauseda hökumətin tərkibi haqqında dekret imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks” Litvanın prezident ofisinə istinadən məlumat yayıb.
Dekretə əsasən, səhiyyə nazirinin müavini vəzifəsini icra edən Aurimas Peçkauskas səhiyyə naziri, Seymin İqtisadiyyat Komitəsinin sədri Kazis Starkeviçius isə kənd təsərrüfatı naziri təyin edilib.
Hökumətin istefasına qədər vəzifədə olan 12 nazir isə öz postunu qoruyub.
Qeyd edək ki, G.Nauseda 2029-cu ilə qədər prezident vəzifəsini icra edəcək. O, ilk dəfə 2019-cu ildə dövlət başçısı seçilib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
