Moskvada Rusiya-Hindistan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək
sizinxeber.az xəbər saytı

Moskvada Rusiya-Hindistan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək


Moskvada ticarət, iqtisadi, elmi, texnoloji və mədəni əməkdaşlıq üzrə Rusiya-Hindistan Hökumətlərarası Komissiyasının (IRIGC-TEC) 26-cı iclası keçiriləcək.

“Report” Hindistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistanın XİN başçısı Subramanam Cayşankar Rusiyanın baş nazirinin birinci müavini Denis Manturovun dəvəti ilə 19-21 avqust tarixlərində Rusiyada rəsmi səfərdə olacaq.

"O, avqustun 20-də keçirilməsi planlaşdırılan IRIGC-TEC-in 26-cı sessiyasına həmsədrlik edəcək", - nazirlikdən bildirilib.

Yeni Delhi və Moskva ABŞ Prezidenti Donald Trampın Hindistanın Rusiya neftini alması səbəbindən bu ayın əvvəlində Hindistandan idxal edilən mallara rüsumların artırıldığını elan etməsindən sonra strateji tərəfdaşlığı fəal şəkildə müzakirə edir.

Bu ayın əvvəlində Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval Trampın Hindistandan ixraca əlavə 25 faiz rüsum tətbiq etməsindən bir gün sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Doval həmçinin bildirib ki, Putin yaxın zamanda Hindistana səfər edəcək. Səfərin bu ilin sonunadək baş tutacağı gözlənilir.

Oxşar xəbərlər

Bu yaxınlarda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Rusiya və Hindistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
Hindistan ABŞ-nin Rusiya neftinin idxalına görə tətbiq etdiyi yeni rüsumları qınayıb
Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqların gündəliyini razılaşdırıb
Müxalifətin lideri: Trampın Hindistan iqtisadiyyatının "ölü" olması bəyanatını dəstəkləyirəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər