Müxalifətin lideri: Trampın Hindistan iqtisadiyyatının "ölü" olması bəyanatını dəstəkləyirəm
sizinxeber.az xəbər saytı

Müxalifətin lideri: Trampın Hindistan iqtisadiyyatının "ölü" olması bəyanatını dəstəkləyirəm


Hindistanın müxalifət partiyasının lideri Rahul Qandi ABŞ Prezidenti Donald Trampın ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı verdiyi bəyanatla razılaşıb.

Bu barədə “Sizinxeber.az” “Hindustan Times”a istinadən məlumat verir.

"Baş nazir və maliyyə nazirindən başqa hamı Hindistan iqtisadiyyatının "ölü" olduğunu bilir. Şadam ki, Prezident Tramp bu faktı təsdiqlədi", - R.Qandi jurnalistlərə bildirib.

O, bu açıqlamanı Trampın Hindistan mallarının idxalına 25 faiz rüsum tətbiq etmək qərarından sonra müxalifətin hökumətin iqtisadi siyasəti ilə bağlı tənqidləri gücləndirməsi fonunda verib. Tramp həmçinin Hindistanın Rusiya ilə ticarət əlaqələri barədə danışaraq, hər iki ölkənin iqtisadiyyatını "ölü" adlandırıb və onların necə əməkdaşlıq etməsinin onu maraqlandırmadığını bildirib.

Oxşar xəbərlər

Hindistan ABŞ-yə ixrac olunan 30-a yaxın məhsula rüsum tətbiq etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Hindistan və Pakistan arasındakı döyüşlərə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Hindistan mallarına 25% rüsum tətbiq etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan ABŞ ilə yeni ticarət sazişinə nail olmağa çalışacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Hindistanın Baş naziri Trampla rüsumların azaldılmasını müzakirə etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər