Kallas: Reallıq budur ki, Rusiyanın müharibəni tezliklə bitirmək niyyəti yoxdur
sizinxeber.az xəbər saytı

Kallas: Reallıq budur ki, Rusiyanın müharibəni tezliklə bitirmək niyyəti yoxdur


Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın müharibəni tezliklə bitirmək niyyətində olmadığını bildirib.

"Sizinxeber.az"un xəbərinə görə, Kallas Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünün yekunlarına dair qənaətlərini “X” sosial şəbəkəsində paylaşıb.

"Prezident Trampın sülh razılaşmasına nail olmaq əzmi son dərəcə vacibdir. Aİ və bizim avropalı tərəfdaşlarımız Alyaskadakı görüşdən əvvəl ABŞ Prezidenti ilə koordinasiya üzərində işləyirdilər. Bununla belə, sərt reallıq ondan ibarətdir ki, Rusiyanın bu müharibəni tezliklə bitirmək niyyəti yoxdur", - o yazıb.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin danışıqları uzatmaqda davam edir və bundan qurtulacağına ümid edir: “O, qətlləri dayandırmaq üçün heç bir öhdəlik götürmədən Ankoricdən ayrılıb”.

Kallas həmçinin qeyd edib ki, ABŞ Rusiyanı ciddi danışıqlara məcbur etmək gücünə malikdir və Aİ Rusiyanın hərəkətlərinin uğur qazanmaması və istənilən sülhün davamlı olması üçün Ukrayna və ABŞ ilə əməkdaşlıq edəcək.

Oxşar xəbərlər

Kallas: Rusiya ilə Ukrayna arasında müharibəni bitirmək üçün Transatlantik birliyə ehtiyac var
Kallas Rusiya-ABŞ sammiti fonunda Aİ-nin XİN başçılarını görüşə çağırır
Zelenski: Rusiyanın müharibəni başa çatdırmaq niyyətində olduğunu göstərən heç bir əlamət yoxdur
Zelenski Putinlə sülh danışıqları aparmağa hazır olduğunu təsdiqləyib
Kallas: Aİ Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle