Niderlandda hava şarının sərt enişi nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb
Niderlandın Frislandiya əyalətində hava şarının sərt enişi nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə NOS telekanalı regional fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) De-Hufe kəndi yaxınlığındakı tarlada baş verib. Eniş zamanı güclü külək nəticəsində şar qəfil aşağı düşüb, bu zaman səbət sallanmağa başlayıb və içərisindəki beş nəfər yerə yıxılıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə zamanı hava şarının göyərtəsində 34 nəfər olub.
Hadisə yerinə 2 tibbi helikopter, 14 təcili yardım maşını, mobil tibb briqadası və Qırmızı Xaçın fövqəladə yardım qrupu cəlb edilib.
Hadisənin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Braziliyanın cənubunda hava şarının yerə düşməsi nəticəsində 8 nəfər ölüb
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
Polşada partlayış nəticəsində iki nəfər ölüb
Rusiyada mikroavtobus qəzası nəticəsində 7 nəfər ölüb
Türkiyədə atışma zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
