Yeni Zelandiya Fələstin dövlətini tanıya bilər
Yeni Zelandiya Fələstin dövlətinin tanınması imkanını nəzərdən keçirir.
“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Uinston Piters deyib.
"Baş nazir Kristofer Lyuksonun kabineti sentyabrda rəsmi qərar qəbul edəcək və BMT Liderlər Həftəsində hökumətin mövqeyini təqdim edəcək" - o bildirib.
Piters qeyd edib ki, ölkənin bəzi yaxın tərəfdaşları Fələstin dövlətini tanımaq qərarına gəlsələr də, Vellinqton müstəqil xarici siyasət həyata keçirir.
"Biz bu məsələni diqqətlə ölçüb-biçdikdən sonra Yeni Zelandiyanın prinsipləri, dəyərləri və milli maraqlarına uyğun hərəkət etmək niyyətindəyik", - nazir vurğulayıb.
Son həftələrdə bir sıra ölkələr, o cümlədən Avstraliya, Böyük Britaniya və Kanada BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək iclasında Fələstin dövlətini tanımaq niyyətində olduğunu elan edib.
Oxşar xəbərlər
Portuqaliya Fələstin dövlətini tanıya bilər
Kanada Fələstin dövlətini tanıya bilər
KİV: Avstraliya yaxın günlərdə Fələstini tanıya bilər
Fransa Fələstin dövlətini tanımaq niyyətindədir
Səfir Makronun Fələstinlə bağlı bəyanatını ələ salıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












