“Al Jazeera” İsrailin Qəzzaya zərbəsi nəticəsində dörd əməkdaşının öldüyünü bildirib
Qətərin “Al Jazeera” telekanalı İsrailin Qəzza şəhərinə hücumu nəticəsində dörd əməkdaşının həlak olduğunu bildirib.
“Report” xəbər verir ki, qurbanlar reportyorlar Anas əş-Şərif və Məhəmməd Kreyka, həmçinin iki operatordur.
Qeyd olunur ki, onlar bombardman zamanı "Əş-Şifa" Xəstəxanasının girişində jurnalistlər üçün çadırda olublar. Zərbə yerli vaxtla gecə yarısından bir qədər əvvəl (Bakı vaxtı ilə üst-üstə düşür) pilotsuz təyyarə ilə endirilib. Ümumilikdə yeddi nəfər həlak olub.
İsrail ordusu da özünü "Al Jazeera” telekanalının jurnalisti kimi qələmə verən terrorçu Anas aş-Şərifi zərərsizləşdirdiyini açıqlayıb. Hərbçilərin məlumatına görə, o, radikal HƏMAS hərəkatının dəstələrindən birinə rəhbərlik edib, İsrailin mülki vətəndaşlarının və hərbi qulluqçularının raket atəşinə tutulmasından məsul idi.
Oxşar xəbərlər
İsrail Ordusu: Özünü jurnalist kimi təqdim edən HƏMAS radikalı zərərsizləşdirilib
Al Jazeera: İsrailin Qəzzanın şimalına hava zərbələri nəticəsində 70-dən çox fələstinli həlak olub
İsrailin bir gecədə Qəzzaya hücumu nəticəsində 43 nəfər ölüb
Al Jazeera: Ötən gün İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
İsrailin Qəzzaya son hücumları nəticəsində 15 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Azərbaycana Avropadan turist axını 15 % artıb
