Netanyahu Trampla Qəzzanı müzakirə edib, İsrailə dəstəyinə görə təşəkkürünü bildirib
İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub, söhbətin əsas mövzusu yəhudi dövlətinin Qəzza zolağı ilə bağlı gələcək fəaliyyət planları olub.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə İsrail hökuməti başçısının Dəftərxanası məlumat yayıb.
Açıqlamaya görə, Netanyahu və Tramp müharibəyə son qoymaq, girovları azad etmək və HƏMAS-ı məğlub etmək üçün İsrailin Qəzza zolağında HƏMAS-ın qalan dayaq məntəqələrini ələ keçirmək planlarını müzakirə ediblər”.
"Baş nazir müharibənin əvvəlindən İsrailə göstərdiyi sarsılmaz dəstəyə görə prezident Trampa təşəkkür edib", - Dəftərxana əlavə edib.
Bundan əvvəl Netanyahu mətbuat konfransı zamanı bildirib ki, İsrailin məqsədi Qəzza zolağının işğalı deyil, Fələstin anklavını HƏMAS-dan azad etməkdir.
“HƏMAS silahlarını yerə qoysa və qalan bütün girovları azad etsə, müharibə sabah bitə bilər”, - o əlavə edib və radikalların bundan imtina etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Netanyahu İsrailin Qəzzanı ilhaq etmək niyyətində olmadığını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: HƏMAS-ın strateji aktivlərinə həbs qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp və Netanyahu Qəzza ilə İranı müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail HƏMAS-ı məhv edəcək və bütün əsirləri geri qaytaracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail girovları azad etmək üçün Qəzzada atəşkəsə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












