Netanyahu: İsrail girovları azad etmək üçün Qəzzada atəşkəsə hazırdır
İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.
"Sizinxeber.az"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
Baş nazirin sözlərinə görə, radikallar əllərində olan bütün girovları azad etsələr, anklav tamamilə silahsızlaşdırılsa və HƏMAS hərəkatı zolağın ərazisini tərk etsə, İsrail Qəzzada müharibəni dayandırmağa hazır olacaq.
Netanyahu əlavə edib ki, İsrail Ordusu “Gideon arabaları” əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının bütün hissələrinə nəzarət edəcək. Onun sözlərinə görə, İsrail bu məqsədə çatmaq üçün Fələstin anklavında humanitar böhranı həll etməklə fəaliyyət azadlığını qoruyub saxlamalıdır.
Oxşar xəbərlər
Netanyahu: Radikallar girovları azad edənə qədər İsrail Qəzzaya təzyiqlərini artıracaq
Netanyahu: İsrail HƏMAS-ı məhv edəcək və bütün əsirləri geri qaytaracaq
Netanyahu: Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq
Netanyahu HƏMAS-a xəbərdarlıq edib
İsrail HƏMAS girovları azad edənə qədər Qəzza əməliyyatını genişləndirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













