Londonda Fələstinə dəstək aksiyasının 465-dən çox iştirakçısı həbs edilib
sizinxeber.az xəbər saytı

Londonda Fələstinə dəstək aksiyasının 465-dən çox iştirakçısı həbs edilib


Polis əməkdaşları Londonda Fələstinə dəstək aksiyalarında iştirak edən 465-dən çox insanı həbs edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, həbslər antiterror qanunvericiliyi ilə bağlıdır. Hüquq-mühafizə orqanları tədbirdə mitinqin yatırılması üçün xeyli resurslardan istifadə olunduğunu qeyd ediblər.

Eyni zamanda, polis Fələstin hərəkatına dəstək ifadə edən hər kəsi həbs etməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər

Polis Londonda Big Ben qülləsinə çıxan fəalı həbs edib
Britaniyada etiraz aksiyalarında 100-dən çox adam həbs edilib
Britaniyada polis PKK ilə əlaqəli altı nəfəri həbs edib
Barselona limanında 4 ton kokain müsadirə edilib
Cənubi Koreyada hərbçilər Prezidentin həbsinə mane olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər