Braziliya ABŞ-yə analoji tariflərlə cavab verməyi düşünür
Braziliya hökuməti ABŞ-nin tariflərinə analoji cavab vermək imkanını nəzərdən keçirməkdə davam edir, hərçənd vitse-prezident Jeraldu Alkmin və maliyyə naziri Fernandu Addad bu cür planların olmasını açıq şəkildə rədd edirlər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Braziliya administrasiyasındakı mənbələrə istinadən “CNN Brasil” məlumat yayıb.
Məlumata görə, “güzgü cavabı” ilə bağlı qərar ABŞ-nin tarif tədbirlərinin daha da sərtləşdiriləcəyi təqdirdə verilə bilər.
İqtisadi Qarşılıqlılıq Aktına əsaslanan rüsumlara cavab vermək planı ən son atılacaq addım kimi dəyərləndirilir. Buna baxmayaraq, Braziliyada belə bir addımın milli iqtisadiyyat üçün mümkün nəticələrini qiymətləndirmək məqsədilə texniki məsləhətləşmələr davam edir.
“Söhbət qisasdan yox, qarşılıqlı münasibətdən gedir. Biz hansı sektorlarda və hansı məhsullara nisbətdə proporsional cavab verə biləcəyimizi diqqətlə təhlil edirik”, - Braziliya hökumətindəki mənbə bildirib.
Telekanal onu da qeyd edir ki, Prezident Luis İnasiu Lula da Silvanın administrasiyası müvafiq tədbirlər görüləcəyi təqdirdə ölkə Konqresinin dəstəyini artıq təmin edib.
Oxşar xəbərlər
Braziliya ABŞ-nin rüsum siyasətinə cavab hazırlayır
Meksika ABŞ-nin cavab tariflərinə dərhal cavab verməyəcək
Braziliya ABŞ-ı ÜTT-yə şikayət edəcək
Braziliya prezidenti: Tramp özünü dünyanın imperatoru hesab etməməlidir
Braziliya vitse-prezidentinin Azərbaycana səfəri başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












