Vens: Vaşinqton Fələstini tanımağı planlaşdırmır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
avq
2025
20:00

Vens: Vaşinqton Fələstini tanımağı planlaşdırmır

08 avq, 2025
20:00
600

Vens: Vaşinqton Fələstini tanımağı planlaşdırmır

Amerika administrasiyası Fələstin dövlətini tanımaq niyyətində deyil və radikal HƏMAS hərəkatının məhv edilməsini zəruri hesab edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşündə bildirib.

“Bizim Fələstin dövlətini tanımaq planımız yoxdur. Fəaliyyət göstərən hökumətin olmamasını nəzərə alsaq, bunun nə demək olacağını başa düşmürəm”, - o deyib.

Böyük Britaniya tərəfindən Fələstinin mümkün tanınmasına münasibət bildirən Vens Londonun bu məsələ ilə bağlı öz qərarını verəcəyini vurğulayıb.

“Prezident Tramp açıq şəkildə bildirib ki, ABŞ-nin İsrail və Qəzza zolağındakı vəziyyətlə bağlı məqsədləri çox sadədir. Biz hesab edirik ki, HƏMAS tamamilə məhv edilməlidir”, - o söyləyib.

Vensin sözlərinə görə, Tramp Qəzzada humanitar vəziyyətdən də çox narahatdır və ABŞ bu problemi həll etmək üçün yollar tapmağa çalışır.

Bizimlə əlaqə saxlayın