KİV: Cənubi Afrika, Rusiya və Çin birgə dəniz təlimləri keçirəcək
sizinxeber.az xəbər saytı

KİV: Cənubi Afrika, Rusiya və Çin birgə dəniz təlimləri keçirəcək


Cənubi Afrika, Rusiya və Çin bu ilin noyabrında Afrika sahillərində “Mosi 3” (“Tüstü 3”) kod adlı birgə hərbi dəniz təlimləri keçirəcək.

“Report” xəbər verir ki, bu barədə “DefenceWeb” xəbər portalı məlumat yayıb.

Təlimlər Atlantik okeanında ev sahibi ölkənin - Cənubi Afrikanın sahillərinə yaxın ərazidə keçiriləcək. Təlimlərə Çin başçılıq edəcək. Təlimlərdə hansı gəmilərin iştirak edəcəyi hələlik açıqlanmır.

İyun ayında Cənubi Afrikada keçirilən hazırlıq iclası zamanı “Mosi 3” iştirakçılarının qarşısına aşağıdakı vəzifələr qoyulub: üç ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsi və inkişafı, dəniz əməkdaşlığının gücləndirilməsi, dənizdə sülhün və sabitliyin qorunması.

Xatırladaq ki, Cənubi Afrika, Rusiya və Çinin ilk birgə hərbi dəniz təlimləri (Mosi) 2019-cu ilin noyabrında Keyptaun yaxınlığında, Atlantik okeanında keçirilib. “Mosi-2” isə 2023-cü ilin fevralında Hind okeanında Durban şəhərinin şimalında baş tutub.

Oxşar xəbərlər

İran Hind okeanında hərbi dəniz təlimləri keçirir
Çin, Rusiya və İran birgə hərbi dəniz təlimləri keçirəcək
Mozambik, Tanzaniya və Hindistanın birgə təlimləri başlayıb
Rusiya və İndoneziya ilk böyük dəniz təlimlərini keçirəcək
Daha bir münaqişə alovlanır: Cənubi Koreya Sarı dənizdə cavab atəşi təlimləri keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər