Netanyahu Qəzza ilə bağlı üç saatlıq görüş keçirib
sizinxeber.az xəbər saytı

Netanyahu Qəzza ilə bağlı üç saatlıq görüş keçirib


İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələləri ilə bağlı qapalı iclas keçirib. Görüş üç saata yaxın davam edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının Dəftərxanası məlumat yayıb.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında gələcək fəaliyyət variantlarını təqdim edib. İsrailin Müdafiə Ordusu hərbi-siyasi kabinetin qəbul etdiyi istənilən qərarı icra etməyə hazırdır.

Daha əvvəl "Ynet" saytı mənbələrə istinadən yazıb ki, siyasi rəhbərlik Qəzza zolağının tam işğalı ilə bağlı qərara yaxındır. Mənbələrdən birinə görə, girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib və hərbi yolla həlldən qaçmaq mümkün olmayıb. Eyni zamanda, Baş Qərargah rəisi də daxil olmaqla hərbi rəhbərlik bu addıma qarşı çıxıb.

Oxşar xəbərlər

Netanyahu Colan təpələrində hərbçilərlə iclas keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu Qəzzada əməliyyatın davam etdirilməsi planlarını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail Qəzzanı tamamilə işğal etməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusunun Baş Qərargah rəisi HƏMAS ilə girovlar barədə razılaşmanı dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu İsrailin hərbi-siyasi kabinetinin fövqəladə iclasını çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər