KİV: Tramp Rusiyanın kölgə donanmasına qarşı sanksiyalar hazırlayır
sizinxeber.az xəbər saytı

KİV: Tramp Rusiyanın kölgə donanmasına qarşı sanksiyalar hazırlayır


Donald Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putinin cümə gününə qədər Ukraynada hərbi əməliyyatları dayandırmağa razı olmadığı təqdirdə Rusiya tankerlərinin kölgə donanmasına qarşı yeni sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

"Report"un xəbərinə görə, bu barədə Ağ Evdəki daxili müzakirələrlə tanış olan mənbələrə istinadən "Financial Times" yazıb.

Söhbət Trampın yanvarda hakimiyyətə qayıtmasından sonra ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının ilk potensial genişləndirilməsindən gedir. Xüsusilə, Qərbin neft ixracına qoyulan məhdudiyyətlərindən yan keçmək üçün Moskvanın istifadə etdiyi gəmilərin qara siyahısı müzakirə edilir.

“Kpler” analitikasına görə, siyahılara 115 tanker əlavə edildikdən sonra onların nəql etdiyi Rusiya neftinin həcmi təxminən 4 dəfə - ayda 48 milyon bareldən 13 milyona qədər azalıb.

Rəsmilərin fikrincə, sanksiyalara baxılması Putinin atəşkəslə razılaşmaqdan imtina etməsi ilə bağlı Trampın qıcıqlanmasının artması ilə bağlıdır. Bu həftənin əvvəlində ABŞ Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla gələcək addımları müzakirə edib. "Rusiyaya qarşı sanksiyalardan danışdıq. Onların iqtisadiyyatı çökür və buna görə də bu təhdidlərə diqqətlə cavab verirlər", - Zelenski bildirib.

Oxşar xəbərlər

ABŞ Rusiyanın enerji sektoruna yeni sanksiyaların tətbiqini nəzərdən keçirir
Britaniya Rusiyanın “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirir
ABŞ Rusiya-Ukraynada müharibəsinin uzanacağı təqdirdə Moskvaya sanksiyalar hazırlayır
ABŞ Rusiyanın neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər