ABŞ Rusiya-Ukraynada müharibəsinin uzanacağı təqdirdə Moskvaya sanksiyalar hazırlayır
Donald Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri son günlər Vaşinqtonun yaxın bir neçə ay ərzində Rusiya-Ukraynada müharibəsinin nizamlanması üzrə razılığa gələ bilməyəcəyi ehtimalını müzakirə edirlər.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Rəsmilərin sözlərinə görə, Tramp administrasiyası həm Kiyevə, həm də Moskvaya təzyiq göstərmək üçün yeni planlar hazırlayır, lakin onların tədbirlərinin nəticə verəcəyinə zəmanət yoxdur və onlar münaqişəni uzatmağı düşünürlər.
Mənbələrin bildirdiyinə görə, həftə sonu Ağ Ev və Dövlət Departamentinin rəsmiləri Rusiyaya qarşı onu razılaşmaya sövq edə biləcək mümkün sanksiyaları müzakirə ediblər. Eyni zamanda, ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinin sülhə sadiq olduğunu açıq şəkildə bildirməkdə davam edir. Bu fonda parlamentarilər ikipartiyalı qanun layihəsini təqdim etməyi planlaşdırırlar, hansı ki, sənədə əsasən “Moskva hər hansı sülh sazişi bağlandıqdan sonra danışıqlar aparmazsa və ya Ukraynanın suverenliyinə xələl gətirmək üçün yeni cəhdlər edərsə” məhdudiyyətlər tətbiq edəcək.
Qanun layihəsinin əsas müəllifləri respublikaçı senator Lindsi Qrem və demokrat senator Riçard Blumental qeyd ediblər ki, Moskvaya qarşı sanksiyalar Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrə rüsumların tətbiqini nəzərdə tutur.
“Reuters” qeyd edir ki, qanun layihəsi "bölünmüş ABŞ Konqresində nadir ikipartiyalı konsensus"un nəticəsidir.
Tramp daha əvvəl deyib ki, Rusiyanın Ukraynada atəşkəslə bağlı danışıqlar aparmaq üçün “psixoloji son müddəti” var, lakin konkret vaxt çərçivəsi bildirməyib.
Oxşar xəbərlər
KİV: Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmanı dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Suriyadan qoşunların tam çıxarılması ilə bağlı planlar hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













