İsrail Maliyyə Nazirliyi: ABŞ-nin rüsumları iki ölkə arasındakı müsbət dialoq sayəsində aşağıdır
ABŞ-nin İsrailə tətbiq etdiyi 15 faizlik rüsumlar Vaşinqtonun digər ölkələrə tətbiq etdiyi tariflərlə müqayisədə daha aşağıdır.
“Sizinxeber.az” “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Maliyyə Nazirliyinin bəyanatında deyilir.
"15 faiz dərəcəsi ABŞ ilə ticarətdə kəsiri olan ölkələr arasında ən aşağı göstəricidir. Bu, daha yaxşı bir razılaşmaya nail olmaq məqsədilə İsrail və ABŞ administrasiyası arasında davam edən dialoqu əks etdirir", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, Ağ Ev cümə axşamı Donald Tramp administrasiyasının yeni ticarət siyasəti çərçivəsində İsrail mallarına 15 faizlik rüsumların tətbiq edildiyini elan edib.
Yeni rüsumlar avqustun 7-də qüvvəyə minəcək.
Oxşar xəbərlər
Çin ABŞ mallarına rüsumları 84%-ə qədər artırıb
Tramp Avropa İttifaqı ölkələrini hədələyib
ABŞ fevralın 4-dən Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
Tramp Türkiyəyə və digər ölkələrə rüsumları təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











