Putin Suriyanın XİN başçısı ilə görüşüb
sizinxeber.az xəbər saytı

Putin Suriyanın XİN başçısı ilə görüşüb


Rusiya Prezidenti Vladimir Putin Kremldə Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Daha əvvəl Əş-Şibani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. “Syria TV”nin verdiyi məlumata görə, Moskvaya ilk dəfə rəsmi səfərə gələn Suriya nümayəndə heyətinin tərkibinə müdafiə naziri Murhaf Əbu Qəsra, kəşfiyyat rəhbəri Hüseyn Sələmə, xarici işlər nazirinin müşaviri İbrahim əl-Olabi və XİN dəftərxanasının rəhbəri Muhsen Mahbaş daxildir.

Nümayəndə heyəti Rusiyanın müdafiə naziri Andrey Belousov ilə də görüş keçirib, görüş zamanı tərəflər bir sıra hərbi məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

Suriyanın xarici işlər və müdafiə nazirləri BƏƏ-yə gedib
Suriyanın müdafiə naziri Moskvada səfərdədir
Suriyanın XİN başçısı Rusiyaya səfər edəcək
Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər