ABŞ-də atəş açan şəxs zərərsizləşdirilib - YENİLƏNİB
Manhettenin mərkəzində atəş açan və biri polis də daxil olmaqla azı iki nəfəri yaralayan şəxs zərərsizləşdirilib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Nyu-York polisi “X”dəki hesabında xəbər verib.
Vəziyyətin nəzarət altında olduğu, təkbaşına hərəkət edən hücumçunun öldüyü vurğulanır.
“Associated Press”in məlumatına görə, insident bazar ertəsi axşam yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə saat 02:30 saat) iri maliyyə şirkətlərinin, Milli Futbol Liqasının qərargahının və İrlandiyanın Baş Konsulluğunun yerləşdiyi Park prospektindəki ofis binasında baş verib. Televiziya görüntülərində insanların əllərini yuxarı qaldıraraq binanı tərk etdikləri görünür.
Bazar ertəsi ABŞ-nin Nyu-York ştatının Manhetten şəhərinin mərkəzində biri polis olmaqla iki nəfər güllələnib.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə polisdəki mənbələrə istinadən “ABC News” məlumat yayıb.
Atəş açan şübhəli şəxs bağlı olan ofis binasına qaçıb. Yaralıların vəziyyəti hələlik məlum deyil.
Cinayətkar olduğu iddia edilən şəxsin tüfənglə şəhəri gəzərkən fotoları sosial şəbəkələrdə yayılır.
Oxşar xəbərlər
KİV: ABŞ-də atışma zamanı iki nəfər yaralanıb
Rusiyada binanın damından ətrafa atəş açan şəxs zərərsizləşdirilib
Tennessidə orta məktəbdə silahlı insident olub, ölənlər var
ABŞ-da naməlum şəxs iki nəfəri güllələyib
İsrailin İstanbuldakı Baş Konsulluğunun önündə havaya atəş açan şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













