sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ "Abrams" tanklarının ikinci partiyasını Tayvana verib
ABŞ Tayvana “M1A2T Abrams” tanklarının ikinci partiyasını göndərib.
“Report” xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 42 tank bazar günü göndərilib və adanın şimal-qərbindəki Sinçju əyalətindəki tank təlimi bölməsinə köçürülüb.
Qeyd edək ki, 2,2 milyard dəyərində 108 ədəd “Abrams” tankının satışına dair razılaşma 2019-cu ildə Tayvanın müdafiə qabiliyyətinin gücləndirilməsi səyləri çərçivəsində Vaşinqton tərəfindən təsdiqlənib. 38 avtomobildən ibarət ilk partiya 2024-cü ilin sonunda təhvil verilib və artıq “Hanquan-2025” təlimləri zamanı istifadə olunub.
Üçüncü və son partiyanın (28 tank) 2026-cı ildə verilməsi gözlənilir.
Oxşar xəbərlər
Avstraliya Ukraynaya “Abrams” tanklarının əksəriyyətini verib
Ukrayna Avstraliyadan 49 ədəd “Abrams” tankı alacaq
ABŞ-yə məxsus 80-dən çox “Abrams” tankı Polşadakı hərbi bazaya yerləşdirilib
Polşa yeni “Abrams” tanklarının ilk partiyasını əldə edib
Avstraliya Ukraynaya istismar müddəti bitmiş 49 tank verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













