Rusiyada azərbaycanlı blogerə qarşı 20 milyon rubl vergidən yayınma ittihamı irəli sürülüb
sizinxeber.az xəbər saytı

Rusiyada azərbaycanlı blogerə qarşı 20 milyon rubl vergidən yayınma ittihamı irəli sürülüb


Rusiya İstintaq Komitəsinin müstəntiqləri bloger Suboya (Sübhan Məmmədov) qarşı qiyabi olaraq 20 milyon rubl (cari məzənnə ilə 252,2 min dollar) məbləğində vergi ödəməkdən yayınma və pul vəsaitlərinin leqallaşdırılması ittihamı irəli sürüblər.

“Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

"Moskva vilayəti üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin istintaq orqanları tərəfindən bloger Sübhan Məmmədova qarşı qiyabi olaraq ittiham irəli sürülüb. O, xüsusilə iri məbləğdə vergi ödəməkdən yayınma və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunur. Bundan əlavə, yuxarıda sadalanan cinayətlərin törədilməsində ittihamlar daha əvvəl onun qardaşı və atasına qarşı da irəli sürülüb", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Rusiya İstintaq Komitəsi bloger Subo barəsində cinayət işi açıb
İrəvanda həbs edilmiş Karapetyana qarşı "pulların yuyulması" ittihamı irəli sürülüb
Rusiyada azərbaycanlı bloqer axtarışa verilib
İrəvanda həbs edilmiş Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb
Rusiyada keçmiş vəkil Elman Paşayevlə bağlı istintaq başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər