Rusiyada azərbaycanlı bloqer axtarışa verilib
sizinxeber.az xəbər saytı

Rusiyada azərbaycanlı bloqer axtarışa verilib


Rusiyada “Subo” ləqəbli azərbaycanlı bloqer Sübhan Məmmədova qarşı Cinayət Məcəlləsinin “vergi ödəməkdən yayınma” və “qeyri-qanuni yollarla əldə olunan pul vəsaitlərinin leqallaşdırılması” maddələri ilə qiyabi ittiham irəli sürülüb.

Sizinxeber.az “pressa24.ru”ya istinadən xəbər verir ki, onun atası və qardaşı da eyni cinayət əməllərinin törədilməsində təqsirləndirilir.

Onun barəsində federal axtarış elan edilib.

İstintaqın versiyasına görə, onlar 2020-2022-ci illər ərzində yaratdıqları vergidən yayınma sxeminin köməyi ilə 50 milyon rubl məbləğində vəsaiti Rusiyanın dövlət büdcəsinə ödəməkdən yayınıb.

Adıçəkilən şəxslər, həmçinin cinayət yolu ilə əldə edilmiş 10 milyon rubl məbləğindəki vəsaiti bahalı avtomobilin alınmasına sərf ediblər. Onların üzərinə 20 milyon dollar məbləğində cərimə və dəbbə pulu ödənilməsi öhdəliyi də qoyulub.

İndiyədək həmin məbləğin 9 milyon rublunun büdcəyə qaytarıldığı açıqlanıb.

Oxşar xəbərlər

Azərbaycan əsilli bloqer Subo Rusiyada axtarışa verilib
Rusiya məhkəməsi azərbaycanlı bloqer barəsindəki qiyabi həbs qərarını qanuni sayıb
Rusiyada “Səs” şousunun azərbaycanlı iştirakçısı saxlanılıb
Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə cəza istənilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər