Le Pen: Avropa İttifaqı Böyük Britaniyadan daha pis şərtlər əldə edib
Fransız sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında yeni ticarət sazişini kəskin tənqid edib.
"Report"un məlumatına görə, o, bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Ursula fon der Leyenin Donald Trampla bağladığı ticarət sazişi Aİ üçün "siyasi, iqtisadi və mənəvi fiasko"dur.
"Siyasi nöqteyi-nəzərdən bu bir uğursuzluqdur, çünki 27 üzvü olan Avropa İttifaqı Böyük Britaniyadan daha pis şərtlər əldə edib", - Le Pen yazıb.
Onun iddiasına görə, saziş Aİ-ni ABŞ-dan hər il yüz milyardlarla avro dəyərində sıxılmış qaz və silah idxal etməyə məcbur edir ki, o bunu iqtisadi uğursuzluq və Fransanın sənayesi, eləcə də ölkənin enerji və hərbi sektoru üçün "təslim olmaq" adlandırıb.
Le Pen həmçinin alman avtomobil sənayesi üçün rüsumların azaldılması naminə Fransız fermerlərin maraqlarının qurban verilməsindən narazılığını ifadə edib.
Oxşar xəbərlər
Tramp: Le Penin həbsi Fransa və fransız xalqı üçün çox pisdir
Avropa İttifaqı ABŞ-nin təhdidlərini cavabsız qoymayacaq
Marin Le Pen: Fransanın yeni hökuməti xalqın gözləntilərindən uzaqdır
Avropa komissarı: Aİ Trampla "Böyük sövdələşmə”ni müzakirə etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
