Avropa komissarı: Aİ Trampla "Böyük sövdələşmə”ni müzakirə etməyə hazırdır
sizinxeber.az xəbər saytı

Avropa komissarı: Aİ Trampla "Böyük sövdələşmə”ni müzakirə etməyə hazırdır


Avropa İttifaqı (Aİ) transatlantik "ticarət müharibəsi"nin qarşısının alınmasına yönəlmiş daha geniş müzakirələr çərçivəsində ABŞ ilə avtomobillərə tətbiq olunan 10 faizlik rüsumun azaldılmasını müzakirə etməyə hazırdır.

"Report" “Politico”ya istinadən xəbər verir ki, bu barədə ticarət və iqtisadi təhlükəsizlik Avropa komissarı Maroş Şevçoviç bildirib.

"Biz bunu müzakirə etməyə hazırıq", - o qeyd edib.

M.Şevçoviç vurğulayıb ki, Aİ ABŞ ilə təşkilata üzv dövlətlərin müdafiə xərclərinin artırılması kimi bəzi qeyri-ticarət aspektlərini əhatə edə biləcək daha böyük saziş çərçivəsində rüsumların azaldılması ilə bağlı müzakirələrə hazırdır.

"Bilirəm ki, Prezident Tramp sövdələşmələrin böyük bir həvəskarıdır və bir növ təsirli "Böyük sövdələşmə"paketi yaratmaq ideyası irəli sürülüb. Gəlin bütün bunları müzakirə edək. Çünki mən transatlantik münasibətlərə ürəkdən inanıram", - o qeyd edib.

Qəzetin məlumatına görə, Avropa komissarı Trampın genişmiqyaslı rüsumlar tətbiq etmək təhdidlərini yerinə yetirəcəyi təqdirdə ABŞ-yə qarşı cavab tədbirləri tətbiq edəcəyinə söz verib.

"Avropa maraqlarını qorumaq üçün sərt cavab verməkdən başqa çarəmiz qalmayacaq, amma ümid edirik ki, bu ssenaridən qaçacağıq", - M.Şevçoviç bildirib.

Bundan əlavə, Avropa komissarı Ümumdünya Ticarət Təşkilatında dəyişikliklərin və bazar iqtisadiyyatı olmayan ölkələrin bundan istifadə etməsi ilə bağlı tədbirlərin görülməsinin zəruriliyini bildirib.

Oxşar xəbərlər

Avropa İttifaqı Suriyaya tətbiq olunmuş sanksiyaların yumşaldılmasını müzakirə etməyə hazırdır
KİV: Hindistanın Baş naziri Trampla rüsumların azaldılmasını müzakirə etmək niyyətindədir
AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq
London COP29 ərəfəsində təmiz texnologiyaların təşviqi üzrə Bakı ilə işləməyə hazırdır
Müdafiə naziri: Almaniya Ukraynaya sülhməramlı qüvvələrini göndərməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle