İsrailin Qəzzada əməliyyatları nəticəsində 300-dən çox BMT əməkdaşı ölüb
sizinxeber.az xəbər saytı

İsrailin Qəzzada əməliyyatları nəticəsində 300-dən çox BMT əməkdaşı ölüb


İsrailin Qəzzada hərbi əməliyyatları nəticəsində 7 oktyabr 2023-cü ildən bəri 300-dən çox BMT əməkdaşı həlak olub.

"Report"un məlumatına görə, bu barədə BMT-nin İnsan hüquqları üzrə ali komissarı Folker Türk bəyanatında bildirib.

"Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabrdan bəri 200 mindən çox fələstinli öldürülüb və ya yaralanıb ki, bu da ölkə əhalisinin təxminən 10%-ni təşkil edir. Həmçinin İsrailin hərbi əməliyyatları nəticəsində 300-dən çox həmkarımız həlak olub", - deyə o qeyd edib.

Ali komissarın sözlərinə görə, maydan bəri qida əldə etməyə çalışan min nəfərdən çox insan öldürülüb, paylaşdırma mərkəzləri isə lazımi həcmdə humanitar yardım çatdırmaq iqtidarında deyil.

Çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, ÜST Qəzza zolağında qida çatışmazlığı ilə əlaqədar ölüm sayının kəskin artımını müşahidə edir - 2025-ci ildə təşkilat Qəzzada bu səbəbdən 5 yaşadək 21 uşaq ölümü halını qeydə alıb.

ÜST rəhbəri əlavə edib ki, Qəzza zolağında kəskin qida çatışmazlığı əhalinin 10%-dən çoxunu əhatə edir.

Oxşar xəbərlər

Al Jazeera: Ötən gün İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
Qəzzada bir gündə daha 45 sakin ölüb
ÜST rəhbəri Qəzzada qida çatışmazlığı səbəbindən ölüm hallarının kəskin artdığını təsdiqləyib
Qəzzada ölənlərin sayı 43,8 min nəfəri keçib
Qəzzada ölənlərin sayı 44,2 min nəfəri keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər