BMT: 2 milyona yaxın Qəzza sakini qida mənbəyindən məhrumdur
sizinxeber.az xəbər saytı

BMT: 2 milyona yaxın Qəzza sakini qida mənbəyindən məhrumdur


Qəzza zolağında 2 milyona yaxın insan heç bir qida mənbəyi olmadan yaşayır.

“Report” xəbər verir ki, bu barədə BMT sistemindəki Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.

Qeyd olunub ki, Qəzza zolağında humanitar böhran getdikcə pisləşir. Belə ki, əksəriyyəti köçkün olan 2 milyona yaxın insan hazırda heç bir gəlir mənbəyi olmadan yaşayır və ərzaq ehtiyaclarını ödəmək üçün tamamilə humanitar yardımdan asılıdır.

Ümumdünya Ərzaq Proqramı anklavda ərzaq ehtiyatlarının kəskin azalması və həyati xilas edən əsas resursların kəskin çatışmazlığı ilə bağlı ciddi narahatlığını ifadə edib:

Müxtəlif hesablamalara görə, genişmiqyaslı hərbi əməliyyatlar başlamazdan əvvəl Qəzzanın əhalisi təxminən 2-2,5 milyon nəfər idi.

Oxşar xəbərlər

BMT: 2 milyon qəzzalı qida mənbələrindən məhrumdur
Konqo Demokratik Respublikasında 26 milyon insan aclıq həddindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər