Zelenski: Müharibənin ədalətli şəkildə başa çatması üçün danışıqlar prosesini gücləndirəcəyik
sizinxeber.az xəbər saytı

Zelenski: Müharibənin ədalətli şəkildə başa çatması üçün danışıqlar prosesini gücləndirəcəyik


Ukrayna müharibənin ədalətli şəkildə başa çatması və ölkə üçün real təhlükəsizliyin təmin edilməsi üçün danışıqlar prosesini gücləndirəcək.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın iyulun 17-də keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bütün proseslər və dövlət xidmətlərinin rəqəmsallaşdırılması davam etdiriləcək.

"Mən hökumətdən ordu siyasətinin, veteranlara dəstək proqramlarının, həmçinin Ukrayna əsgərlərinin ailələrinin daha konkret layihələrlə təminini gözləyirəm. Hökumətdən Ukraynada sosial siyasətə daha nizamlı və daha realist yanaşma gözləyirəm", -deyə Prezident vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna qlobal təhlükəsizliyin ən yaxşı donorları və silah istehsalçıları arasında olacaq.

Oxşar xəbərlər

XİN: Rusiya və Ukrayna müharibənin bu il başa çatması üçün nədənsə imtina etməlidir
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Zelenski: Hamı Türkiyədə Putinlə görüşə hazırdır
Zelenski: Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm
Zelenski 2025-ci ildə müharibənin başa çatması üçün lazım olan şərtləri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle