Makron İranı təmkinli olmağa çağırıb
Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra İran lideri Məsud Pezeşkianla telefonla danışıb.
“Sizinxeber.az” xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində yazıb və vəziyyətin təhlükəli olduğunu bildirib.
Söhbət zamanı Fransa lideri Tehranı nizamlanma üçün diplomatik mexanizmlərə qayıtmaq məqsədilə gərginliyi azaltmağa və maksimum təmkin nümayiş etdirməyə çağırıb.
Yelisey Sarayından bildirilib ki, Fransa prezidenti regiondakı mövcud vəziyyəti qiymətləndirmək üçün bir sıra Yaxın Şərq liderləri ilə, o cümlədən Səudiyyə Ərəbistanının vəliəhdi, Oman Sultanı, BƏƏ prezidenti və Qətər əmiri ilə də telefon danışıqları aparıb.
Bundan əlavə, Makron yaxın saatlarda ABŞ-nin İran obyektlərini bombalaması fonunda Fransa Milli Müdafiə və Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş fövqəladə iclasını keçirmək niyyətindədir.
Oxşar xəbərlər
Makron Pezeşkiyanı danışıqlar masasına qayıtmağa çağırıb
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
Makron Trampın qayıdışı fonunda Avropanı "oyanmağa" çağırıb
Makron və Netanyahu arasında telefon danışığı olub
Makron: İran danışıqlar masasına qayıtmağa hazır olduğunu nümayiş etdirməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
